Mingəçevir şəhərindəki "Bazarstore filialının da fəaliyyətini dayandırdığı bildirilir.

Unikal.org "Marjaya istinadən xəbər verir ki,  filial Mayın 15-dən bağlanıb.

Digər bir məlumata görə, Mingəçevirdə "Bazarstore şöbəsinin bağlanması supermarketin yerinin yaxşı olmaması ilə bağlıdır. Daha yaxşı yer müəyyən edildikdən sonra şəbəkə şəhərdə fəaliyyətini bərpa edə bilər.

Bundan əvvəl, Xaçmaz şəhərindəki "Bazarstore filialı fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, Mingəçevirdə "Bazarstore" 29 May 2015-ci il tarixində istifdəyə verilmişdi.

Mingəşevirdə "Bazarstoreun bağlanmasından sonra şəbəkənin şöbələrinin sayı 23-ə düşüb.

Qeyd edək ki, 17 May 2017-ci il tarixində Abşeron rayonu, Şamaxı şossesi, Hökməli dairəsi yaxınlığında "Xırdalan Bazarstore istifadəyə verilmişdir. Artıq bu şöbənin də yerinin əlverişsiz olduğu bildirilir.