Bakıda evakuator maşını qəzaya uğrayıb. 

Unikal.org  "Reporta istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb. Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi "Renault markalı evakuator maşını Məlahət Məsimovanın idarə etdiyi "KİA markalı avtomobillə toqquşub. 

Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.