Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən Unikal.org-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7020 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7021 manat olub.