APA TV-nin "Show time" verilişində qonaq olan müğənni Elvin Abdullayev şou-biznesdən danışıb.

Unikal.org-un məlumatına görə, o bildirib ki, şou-biznesi bu vəziyyətə gətirinlər həyasızlıq edən kişilərdir:

"Bizim gəlirimiz şou-biznesdəndir. Amma bu aləmi elə bir hala salıblar ki, adam peşman olurBaxırsan ki, kişidir, əyninə şalvar geyinib, amma elə həyasız-həyasız açıqlamalar verir ki... Adam efirdə baxanda iyrənir. Üstəlik də düşünəndə ki, bu adam sənin sənət yoldaşındır, dəli olursan. Çalışmışam ki, hər zaman söz-söhbətdən uzaq gəzim. Mənim özümə də pul qarşılığında qurama qalmaqallar təklif edənlər çox olub. Heç birinə razı olmamışam. Çünki özümə hörmət edən insanam.