Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.