Memar Əcəmi metrostansiyasının qarşısındakı dairədə nəqliyyat vasitələrinin xaotik vəziyyəti yaranıb. Taksilər avtobus dayanacaqlarını zəbt edib. Avtobuslar da yolun ortasında sərnişinləri endirirlər.

Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonundan, Memar əcəmi metrostansiyasının qarşısındakı dairədəndir. Ərazidəki avtobus dayanacaqlarını taksilər zəbt edib.

Taksilərin dayanacğı zəbt etməsi sərnişinlərə də bir sıra çətinliklər yaradır. Hətta bu səbəbdən qəzalar da baş verir.