Gəncədə avtomobil səkiyə çırpılıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "BMW markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı səki çırpılıb. Qəza zamanı avtomobildə olan bir nəfər xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.