Bir neçə dəqiqə bundan əvvəl Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

Unikal.org-un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Moody's beynəlxalq reytinq agentliyi aydinliq gətirmək istəyir ki, bu gün Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində dərc olunanlar həqiqəti əks etdirmir, aldadıcı və təhrifedicidir.

Moody's beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığının şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir.