Sevinc Kərimova: "İnkişaf etmiş ölkələrin təcrübəsindən faydalanaraq demək istəyirəm ki, kiçik sahibkarlığın daha çox artması və özünə məşğulluğa gənclərin meyillənməsi ölkəmizdə firavan gələcək deməkdir

Ölkədə qeyri-neft sektorunda canlanma, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstəyin artırılması bu gün dövlətin prioritetlərindəndir. Dövlət başçısı cənab İlham Əliyevin proseslərə olduqca böyük önəm verməsi bu sektorda ciddi islahalarla müşahidə olunur. Dövlət qurumları ilə yanaşı, QHT-lər də öz növbələrində təbliğati və marifləndirmə sayəsində fəaliyyət göstərməkdədirlər. 10-larla qeyri hökumət təşkilatları il ərzində sahibkarların məlumatlandırılması, dövlət qurumları ilə əlaqələrin artırılması yönündə çoxlu sayda tədbirlər keçirirlər. Onlardan biri də "Əks-səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzidir. Mərkəzin sədri Sevinc xanım Kərimova ilə həyata keçirdikləri layihə haqqında söhbətləşdik.

- Sevinc xanım, təşkilatınızı daha yaxından tanımaq istərdik...

- "Əks-sədaBeynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi bir qrup jurnalist tərəfindən yaranıb, 10 fevral 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mərkəzin əsas məqsədi ictimaiyyət üçün maraqlı mövzularda peşəkar jurnalist tədqiqatı aparmaqdır. İndiyədək, "İş yerlərində qadınlara qarşı zorakılıq hallarının araşdırılması, "Regionlarda gender problemləri və ailədaxili zorakılıq məsələləri, "Məhbus qadın və yeniyetmə məhkumların saxlanma vəziyyətinin tədqiqi, eləcə də ölkənin müxtəlif regionlarında "Turizm obyektlərində xidmətin keyfiyyətinin tədqiqi, "Ölkənin şimal bölgəsində yaşayan əhalinin sosial vəziyyətinin tədqiqi, "Azərbaycanın yeni turizm imkanları; bəzi diqqətdən kənar ərazilərin ictimailəşdirilməsinə dəstək, "Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi kimi çox maraqlı mövzulara həsr olunmuş layihələr həyata keçirib.
Cəmiyyətimiz üçün aktual mövzularda fəallıq göstərən təşkilatın layihələri zaman-zaman Azərbaycan Respublikası Prezidenti yanında qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir. Hazırda ölkənin 3 regionundan olan 4 rayonda "Kiçik və orta sahibkarlığın təbliği; gənclər arasında özünəməşğulluğun stimullaşdırılması layihəsini gerçəkləşdirməklə məşğuluq.

-Sevinc xanım, mümükünsə, layihə barədə onun yaranma zərurəti haqqında danışın.

- Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz "Kiçik və orta sahibkarlığın təbliğı; gənclər arasında özünəməşğulluğun stimullaşdırılması layihəsi ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür.Respublikanın 3 bölgəsindən ( cənub, qərb və aran)olan gənclərdə kiçik və orta biznesə maraq yaratmaq üçün stimullaşdırıcı görüşlər keçirməkdən ibarət olacaq. Görüşlərdə həmin bölgədən olan iş adamları qonaq kimi iştirak edəcəklər. Layihə ucqar kəndlərdə yaşayan gənclər arasında kiçik biznesi təbliğ edəcək. Gəncləri özünəməşulluq üçün həvəsləndirəcək. Layihənin əsas məqsədi gənclər arasında işsizlərin sayının azalması və onları kiçik biznesə maraqlandırmaqdır. Layihənin vəifəsi ölkədə kiçik və orta sahibkarların sayının artmasına dəstək olmaqdır.

-Layihənin yaranma zərurəti haqqında fikrinizi eşitmək istərdim

- Mərkəzimizin apardığı ilkin araşdırma zamanı kiçik sahbkarlığın sayının kifayət qədr olmamasının bir neçə subyektiv amillərdən ibarət olduğunu gördük. Hesab edirik ki, qanunların işlək hala gəlib, öz yerini tutması üçün vətəndaşların da ciddi səyləri olmalıdır. Həmçinin də ölkədə sahibkarlıq fəaliyyəti ilə bağlı qəbul edilmiş 80-dən çox qanunların ölkənin biznes mühitində gözə görünən inkişafa qadirdir. Bu məqsədlərə nail olmaq üçün sahibkarlara bu qanunları aydın dildə çatdırıb, daha çox yaymaq lazımdır. İnkişaf etmiş ölkələrin təcrübəsindən faydalanaraq demək istəyirəm ki, kiçik sahibkarlığın daha çox artması və özünəməşğulluğa gənclərin meyillənməsi ölkəmizdə firavan gələcək deməkdir. Bu baxımdan hesab edirik ki, 4 rayonda 120 gənclə bu mövzunu müzakirə etmək ölkəmizdə daha 120 ugurlu sahibkarın potensialının ortaya çıxar bilməyimizə yardım edəcək. Gənclərin kiçik biznesə və özünəməşgulluğa marağı qanunlardan xəbərsiz, dar fiziki şəxslərin ancaq çətinliklərdən söz etməsi səbəbindən , bəzi inzibati rahatsızlıqların olduqca şişirdilməsi, savadsızlıq nəticəsində rüşvətlə vəziyyəti idarə edən sahibkarların qorxunc təcrübəsi ilə ölkədə aparılan ciddi işlərin əhəmiyyətini gözə görünməz edir. İctimai birlik olaraq hesab edirik ki, bu layihəmizlə dövlətin həyata keçirdiyi böyük miqyaslı işlərə öz töhvəmizi vermiş olacağıq.
-Layihədən gözləntiniz nədir?
- Biz daha çox çalışırıq ki, gənclərə biznes sahəsində ölkədə mövcud qanunvericilik, aparılan iri miqyaslı işlərlə iş adamlarının qarşılaşdıqları çətinlikləiin azaldılması, ölkədə biznes üçün yaradılan şəraitdən danışmaqla onlarda sahibkarlığa maraq oyadaq. 3 aylıq layihədən gözlətilərimiz elə də böyük deyil, amma hesab edirik ki, 4 rayondan 120 nəfərlə bu mövzuda danışmaq imkanı da bir işdir. Əgər bu 120 nəfərin içərisindən hətta 20-25 nəfər belə bizim söhbətlərdən faydalan bilərsə,, deməli vacib işlə məşgul olmuşuq. Layihə çərçivəsində keçirdiyimiz "Biznesə ilk addım mövzusunda dəyirmi masalara seçdiyimiz rayonlardan olan, tanınmış, uğurlu iş adamları qonaq kimi dəvət olunurlar. Onlar gənclərə öz həyatları, biznesə başlama tarixçələri, hazırki, naliyyətləri və qarşıya çıxan çətinliklərə necə sinə gəlmələri haqqında danışaraq, öz işinin verdiyi məmuniyyətlərdən danışırlar.

- İşlər necə gedir, bu vaxtadək nə kimi işlər görmüsüz?

- 3 aylıq layihənin demək olar ki, 70 faizdən çox işlərini görmüşük. İyun ayının 9-da Samux rayonunda keçirəcəyimiz son dəyirmi masa ilə layihəmiz başa çatacaq. Bu günədək artıq Göygöl, Göyçay və Masallı rayonlarında hər birində 30-dan çox gəncin iştirakı ilə "Biznesə ilk addım adlı dəyirmi masa keçirmişik. Dəyirmi masalarımız rayonlardakı Gənclər Mərkəzində keçirilirdi. Rayonlardakı Gənclər Mərkəzlərinin yeni tikilmiş abad, hər cür imkanlara məxsus binaları insanı qürurlandırır. Yadıma gəlir ki, 5-6 il bundan əvvəl QHT-lər tədbirlərini ancaq kitabxanaların akt zallarında keçirə bilirdi. Bu gun rayonlarda gedən inkişaf,infrastruktur dəyişikliklər gənclərin boş vaxını səmərəli keçirə bilmələri üçün imkanlardan xəbər verir. Bu çox sevindirici haldir.

-Tədbirdə iştirak edən gənclər kifayət qədər aktivlik nümayiş etdirirdilərmi?

-Düzünü deyim ki, Göygöl rayonunda mən yeniyetmə və gənclərdə elə də aktivlik hiss etmədim. Bəlkə də onların əksəryyətinin hələ məktəbli olması ilə bağlı idi. Əslində görüşün müəyyən bir vaxtından sonra iştirakçılarda açılışma hiss olunurdu. Amma mən bir az tələbkar insan olduğum üçün bununla kifayətlənə bilmirəm. Olduqca zəhmətkeş və uğurlu bir iş adamını qonaq kimi gözləyirdim ki, çoxlu suallarla onu yoracaqlar. Təəssüf ki, gənclər daha çox dinləməyə üstünlük verirdilər. Amma içərilərindən böyük biznes hədəfli arzuları olan qızlara və oğlanlara da rast gəldim. Çəkinmədən öz yaradacağı kosimetika fabrikindən, uşaq bağçasından söz açanlar da oldu. Mən fikirləşirəm ki, bizimlə görüşdən sonra ən azı öz arzularını yüksək səslə deməkdən çəkinməyəcəklər. Bu isə yeniyetmə və gənclərin ugurlu həyatı üçün işin yarısı deməkdir. Göyçay rayonunda bir az daha çox fəallıq hiss olunurdu. Masallı rayonundakı görüş xüsusilə yadımda qaldı.Ümumilikdə gənclərimizin özünəməşğulluğa təşviqi istiqamətində əlimizdən gələni etməyə çalışacağıq.

Z.Məmmədli