"Mançester Siti mövsüm başa çatan kimi, ilk transferini gerçəkləşdirib.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, "şəhərlilər yarımmüdafiə xəttini gücləndiriblər.

Bir neçə oyunçusu ilə yollarını ayıran Premyer Liqa təmsilçisi "Monakonun yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə cəlb edib. Portuqaliya yığmasının üzvü keçidin rəsmiləşməsi üçün artıq Mançesterə yollanıb.

Bu gün tibbi müayinədən keçən 23 yaşlı oyunçu yaxın günlərdə münasibətləri rəsmiləşdirəcək. "Monakonun bu transferdən nə qədər qazanacağı hələlik açıqlanmasa da, keçidin ingilislərə 70 milyon avroya başa gəldiyi bildirilib. Onun yeni komandası ilə 5 illik müqavilə bağlaması gözlənilir.

Silva geridə qalan mövsümdə "Monakonun heyətində ümumilikdə 58 matçda meydana çıxıb, 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Monako Bernardo Silvanı 2015-ci ildə "Benfikadan 13 milyon avroya transfer edib.