Dünya birjalarında neft bahalaşıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,90 dollar və ya 1,84% artaraq 49,80 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,84 dollar və ya 1,63% artaraq 52,30 dollar olub.