Abşeronun Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu ev var.

Unikal.org xəbər verir ki, onun qaldığı ev Sovet dövründə Rəsulzadənin ailəsindən alınıb. 1935-ci ildən bu ev uşaq bağçası kimi fəaliyyət göstərməyə başlayıb.

Novxanıda Rəsulzadənin adını daşıyan küçə var. Bununla yanaşı, kənd ərazisində 1993-cü ildə Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl qoyulub və park salınıb.

On illər keçsə də novxanılılar Rəsulzadəni və onun ailəsini böyük məhəbbət və sayqı ilə anırlar.