Türkiyədə 5 bal gücündə zəlzələ baş verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 19.53-də qeydə alınıb. Zəlzələnin episentri yerin səthindən 10 km dərinlikdə, Gəlmərmərə yaşayış məntəqəsindən 7 km aralıda qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.