Bir neçə gündür itkin düşən gəncin cəsədi tapılıb.

1997-ci il təvəllüdlü Sərxan Baxşıyevin cansız bədəni bu gün Xəzər dənizindən tapılıb. Bu barədə gəncin dostları sosial şəbəkədə məlumat paylaşıb.

Bir həftədən çoxdur itkin düşdüyü bildirilən Sərxan Baxşıyevin ölüm səbəbi barədə dəqiq məlumat yoxdur.

Mərhum İqtisad Universitetinin tələbəsi idi.