Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ2107 markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1997-ci il təvəllüdlü 4 nəfər rayon sakini - Feyzullayev Sərxan, Camalov Xanlar, Ələsgərli Elmir və Feyzullayev Orxan müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.