Bakı şəhəri, Qaradağ rayonunda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "HOWO" markalı yük avtomobilinin 4 ədəd arxa təkəri yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.