Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən insident baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, 1416 ünvanında yerləşən kafedə qeydə alınıb.
1976-cı il təvəllüdlü Şahbazov Aydın Xanoğlan oğlu dostu ilə yeyib-içdikdən sonra aralarında anlaşılmazlıq səbəbindən mübahisə düşüb. Bu zaman dostu içki şüşəsini A.Şahbazovun baş nahiyəsinə vurub. O, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.