Kanal D-nin qısa müddətdə məşhurlaşan "Kısmetse Olur" evlilik proqramında qızlar davaya çıxdı.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramda yarışan iştirakçıların - Aycan və Gamze arasında mübahisə olub.

Dava zamanı Aycan dəliyə döndüb. Heç cür özünə gələ bilməyən Aycan ayaqqabısını çıxarıb gəlin namizədi Gamzenin üstünə gedib. Sonra sinir böhranı keçirərək qışqırmağa başlayıb. Onu sakitləşdirmək istəyən bəy namizəd, sevgilisi Onurun da əlini dişləyib.

Buna səbəb isə Aycanın əslində əri olduğu üzə çıxdıqdan sonra bu hadisələr yaşanıb.