DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması oyuna itki ilə çıxacaq. 

Britaniya təmsilçisinin aparıcı üzvlərindən olan Ceymi Uord sıradan çıxıb.

O, klubu "Nottingem Forestin heyətində zədələnib. Tibbi müayinədən keçən hücumçunun zədəsinin ciddi olduğu və bu səbəbdən Azərbaycanla oyunu buraxacağı üzə çıxıb.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya iyunun 10-da baş tutacaq.