Müğənni Niyam Salami yeni mahnısını təqdim edib.

Unikal.org xəbər verir ki, "Lider Maqazinə danışan ifaçı "Ədalətsiz dünya mahnısını ifa edib. Niyam bəstəni kreditə götürdüyünü deyib:

"Bu mahnını mənə təqdim edəndə sözlərinə baxdım. Çünki sözlərində hər şey var. Doğrudan da, ədalətsiz dünyadır. Dünyada yaşayan insanlardan çox ədalətsizlik görmüşəm. Mahnının müqaviləsinə 3 min manat vermişəm. Amma bu pulun hamısını yox, az-az vermişəm. 

N.Salami xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və əməkdar artist Röya Ayxanı birincilər sırasında görmədiyini söyləyib:

"Aygün xanım, Faiq və Röya ilə məni bir tutmayın. Mənim öz pilləm var. Mənim pilləmə qalxa da bilməzlər. Mənim yerimdə heç kim otura bilməz.