Bu gün müğənni Sevda Sanaliyevanın anasının dünyasını dəyişməsinin ildönümdür.

Unikal.org xəbər verir ki, may ayını sevmədiyini bildirən ifaçı anası üçün çox darıxdığını vurğulayıb:

"Elgünüm doğulan gün anam mənə bunları yazmışdı. 2 il sənsiz necə yaşaya bilmişəm?! Allah sənə rəhmətini yağdırsın, bu mübarək ayda günahlarını bağışlasın. Yerini cənnət eləsin. Amin. Mən bu səhər rəfiqəmi, sirdaşımı, balamı, anamı, ürəkdən sevdiyimi itirdim. Heç düşünmədən gözüyumulu kürəyimi dayadığım yeganə varlığımı itirdim. İndi xoşbəxt olmalıyam. Çünki 2 gül balam var. Mənim sənə bağlı olduğum kimi, onlar da ancaq mənə bağlıdır. Ən çox indi sənə ehtiyacım var. Səni çox sevirəm, ana. Bağışla məni".big.az

Sevdadan ürəkdağlayan sözlər: "Kürəyimi dayadığım yeganə varlığımı itirdim"