BMW avtomobil şirkəti bu ilin sonunadək istehsalı nəzərdə tutulan elektriklə işləyəcək motosikletin görüntülərini yayımlayıb.

Unikal.org xəbər verir ki, tamamilə elektriklə işləyəcək iki təkərli motosikletin görüntüləri hər kəsi heyran edib. Moto tünd narıncı və aqressiv duruşuyla olduqca möhtəşəmdir. Sadəliyi ön planda tutulduğu dizaynda, sükan önündə sürücü ekranı bütün məlumatları həm göstərir və həm də xəbərdarlıq edir.
Digər tərəfdən sürücü motoda qurraşdırılmış ağıllı telefonla əlaqə qura biləcək. Bu zaman Concept Link, sürücünün təqvimi ilə sinxronizasiya olur və bu məlumatdan istifadə edərək gediləcək yer üçün marşrut planlaşdıra biləcək. Daha sonra bu planlamada istər sürətli yolu və istərsə də daha mənzərəli yolu seçmək sürücüyə buraxılır.