Müğənni Damla keçirdiyi mətbuat konfransı zamanı şəxsi həyatından söz açıb.

Unikal.org xəbər verir ki, gənc müğənni özünü xoşbəxt qadın hesab etdiyini və sevgisinin qarşılıqlı olduğunu deyib:

"Mənim sevgim qarşılıqlıdır. Buna görə də özümü çox xoşbəxt hiss edirəm. Qismət olsa, evlənəcəm.

Jurnalistlərdən birinin, məşhur iş adamı ilə evlənərsiniz sualına ifaçı fərqli tərzdə cavab verib:

"Fərq etmir, məşhur iş adamı, yaxud sıradan insan... Ümumiyyətlə, belə söhbətlər inanmıram insanları maraqlandırsın. Dinləyiciyə, oxuyucuya əsas olan sənətidir.metbuat.az