Cəlilabad sakinləri çayda boğulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 28-də Cəlilabad rayon sakinləri Vüsal Abıyev və Şəmsəddin Abbasov Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsində çimərkən boğulublar.

Onların meyitləri sudan çıxarılıb.