Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova atasının 60 illik yubileyi münasibətilə konsert verib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə tamaşaçılar sırasında əyləşən A.Qasımov daha sonra qızını uğurlu konsert münasibətilə təbrik edib:

"Fərqanəni kənardan izləməməşidim. Fərqanə xanım bu gecə mənə o qədər ürək-dirək verdi ki, əhsən deyirəm. Fərqanəyə canım, həyatım hətta yerim də qurbandır".

Heydər Əliyev adına Sarayda keçirilən konsertdə Alim Qasımov səhnəyə 3 yaşlı nəvəsi ilə çıxaraq muğam ifa edib.

Qeyd edək ki, konsertin dirijoru Rüstəm Zeynallı olub.