Bakının Neftçilər prospektində, Qız Qalasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org bakupost.az-a istinadən xəbər verir ki, 90 JE 062 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə 99 TR 663 nömrəli "Hundai" və 99 BR 542 nömrəli "Mercedes" markalı avtomobilləri toqquşub.

Avtomobillərə ziyan dəysə də, xəsarət alan yoxdur. Hadisə nəticəsində yol bağlanıb, təxminən bir saata kimi tıxac yaranıb. Qəzanın "Mercedes"in sürücüsünün səhvi ucbatından baş verdiyi bildirilir.