Siyəzən şəhəri ərazisindəki məişət tullantıları sahəsindən sursat tapılıb.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ərazidən təlim üçün nəzərdə tutulan 2 ədəd "F-1", 3 ədəd "RQD-5" qumbaraları, 4 ədəd "RQD-5" qumbarasının başlıqları, 3 ədəd tank əleyhinə mina və 95 ədəd avtomat patronu tapılıb.