Ernesto Valverde "Barselonanın yeni baş məşqçisi təyin edilib.

Unikal.org-un məlumatına görə, bunu klubun prezidenti Xosep Bartomeu bəyan edib.

53 yaşlı Ernesto Valverde 2013-2017-ci illərdə Bilbaonun "Atletik komandasına rəhbərlik edib.

Qeyd edək ki, "Barselonanın baş məşqçisi Luis Enrike mövsum başa çatdıqda klubu tərk edəcəyini əvvəlcədən bildirmişdi.