"Qış transfer pəncərəsi zamanı "Qarabağdan ayrılan və Türkiyəyə üz tutan Reynaldonun işləri yaxşı getmir.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, "Adanasporla anlaşan braziliyalı oyunçu komandadan göndəriləcək.

Əldə etdiyimiz məlumata görə, komandaya yenicə idman direktoru təyin olunmuş azərbaycanlı mütəxəssis Asim İbrahimov Reynaldo ilə birlikdə digər 8 braziliyalını da göndərməkdə qərarlıdı.

Klubda faktiki baş məşqçi vəzifəsini icra edəcək İbrahimov rəhbərliklə görüşündə Superliqada qala bilməyən və PTT I Liqada yarışacaq komandada bu qədər legionerə ehtiyac duymadığını bildirib. Klub rəhbərliyinin onun bu istəyini yerinə yetirəcəyi gözlənilir.

Qeyd edək ki, Reynaldo "Adanasporla 2.5 illik müqavilə imzalamışdı.