Bir vaxtlar Azərbaycan futbolunun məşhur simalarından biri olan Kamal Quliyev hazırda sürücü işləyir.

Unikal.org futbol11.az saytına istinadən xəbər verir ki, o 18 illik futbolçu karyerası ərzində "Xəzər Sumqayıt", "Neftçi", "Volın" (Ukrayna), "Karvan", "Xəzər Lənkəran", "Standard" kimi klubların uğurları üçün çalışıb, Azərbaycan millisində 50 oyun keçirib və öz dövrünün öndəgələn futbolçularından olub. Məşqçi kimi isə "Neftçi"də eləcə də "Neftçala"da çalışıb.

"Neftçala" dağıldıqdan sonra Kamal Quliyev də futboldan uzaq düşüb. Bir müddət telekanallarda ekspert kimi çıxış edib, amma son zamanlar ondan xəbər yoxdur.

Sayt Kamal Quliyevin hazırda sürücü işlədiyini yazıb. Mərc oyunlarında böyük ziyana düşən Quliyevin sərvətini və əlində olan obyektlərin hər birini itirdiyi, rayonlara sərnişin daşıdığı xəbərdə öz əksini tapıb.