Prezident KİVDF ilə bağlı sərəncam imzaladı - Jurnalistlər üzv seçildilər

05 Iyun 2017 [18:23]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraqqərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

Dövlət orqanlarından:

Quliyev Cəmaləddin Həsən oğlu

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Həsənov Rasim Aydın oğlu

-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətovİntiqam Rəsul oğlu

-

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri

Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu

-

"Xalq qəzeti”nin baş redaktoru

Hüseynov İlqar Məmməd oğlu

-

"Trend” İnformasiya Agentliyinin baş direktoru

Quliyev Bəhruz Vaqif oğlu

-

"Səs” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:

Əskərov Ramiz Baxşəli oğlu

-

Azərbaycan Jurnalistlər Birliyinin baş katibi

Mirzəyev Ayaz Nizami oğlu

-

"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

Rüstəmov Əvəz Cahangir oğlu

-

"Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin".









SON XƏBƏRLƏR davamı
2017-08-18
2017-08-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (15.79%)
Xeyir (84.21%)


TƏQVİM