Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 216 mln. 809,92 min manat təşkil edib.

Unikal.org-un qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 10 mln. 536,87 min manat və ya 5,11% çoxdur. Bu ilin aprel ayı ilə müqayisədə isə DGK xətti ilə mayda dövlət büdcəsinə köçürülən məbləğ 29 mln. 795,33 min manat və ya 15,93% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 57 mln. 811 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 149 mln. 911,45 min manat, aksizlər üzrə 6 mln. 248,49 min manat, yol vergisi üzrə isə 2 mln. 838,98 min manat təşkil edib.