Xəbər verdiyimiz kimi, Türkiyə yığmasının kapitanı Arda Turan komandadan uzaqlaşdırılıb. Buna səbəb ulduz futbolçunun jurnalist Bilal Meşeni döyməyə cəhd etməsi olub. Belə ki, Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə qəzet işçisini vurmağa çalışan 30 yaşlı oyunçu onun ünvanına təhqiramiz ifadələr işlədib. Bu hadisə ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və baş məşqçi Fatih Terim arasında görüş keçirilib. Bunun ardından Terim kapitanın heyətdən çıxarıldığını açıqlayıb. Futbolçu da əşyalarını toplayaraq düşərgəni tərk edib.

Unikal.org xəbər verir ki, yaşanan hadisə ilə bağlı Arda Turan mətbuat konfransı keçirib. İdmançı mətbuat konfransına daxil olan zaman jurnalistlərin əksəriyyəti zalı tərk edib. O baş verən hadisədən peşman olmadığını və özünü quş kimi hiss etdiyini deyib. Mən haqqımda düzgün olmayan xəbərlər yazana qarşı eyni reaksiyanı yenə verəcəyəm".