52 il əvvəl istehsal edilib, amma hələ də təzə və işlək vəziyyətdədir.

Unikal.org xəbər verir ki, kənardan təzə görünən bu radio 1965-ci ildə istehsal edilib. Hazırda da paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Məhərrəm Məcidov tərəfindən qorunub saxlanılır. Radionun sahibi deyir ki, bu cihaz ona atasından qalıb. Qiyməti isə bilinmir.

Radionun üst hissəsində isə val yerləşir. Həm radio özü, həm də val tam işlək vəziyyətdədir.

Emalatxanada qorunub saxlanılan digər cihazlar isə 1973-cü ildə istehsal edilən maqnitafon və 1965-ci ilin bu kiçik radiosudur. Bunlar da işlək vəziyyətdədir. Lakin kiçik radio müasir dalğaları tuta bilmir.

Məhərrəm Məcidov bildirir ki, indiyə kimi bu radionu satmaq fikri olmayıb. Məhərrəm Məcidov radıonu hətta maşınla da dəyişə biləcəyini deyir. /xezerxeber.az