Qəbələdə 250 qoyunu ildırım vurub. Dəhşətli hadisə Qəbələnin Laza kəndində yeddi sərpic dağının ətəyində baş verib.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər.
Təxminən yarım saat sonra özlərinə gəldikdə isə acı mənzərənin şahidi olublar.