Azərbaycanlı "qanuni oğru Rövşən Lənkəranski haqqında qısametrajlı sənədli film hazırlanıb.

Unikal.org baku.ws-ə istinadən verdiyi məlumata görə, "qanuni oğru haqqında çoxlarının bilmədiyi məlumatların açıqlanacağı filmdə məxfi qovluqlardakı materiallardan istifadə olunub.

Lənkəranskinin Ded Xasanı öldürtməsindən Türkiyədəki sui-qəsd hadisələrinə kimi bütün cinayətlər haqqında maraqlı məqamlar açıqlanıb.
 
Lənkəranskinin həyatından bəhs edən film ARB TV-də iyunun 10-da, saat 23:00-da efirə gedəcək.