Cümə məscidinin axundu Hacı Surxay Məmmədli "Kultura plus" televiziyasında yayımlanan "Zamanın çağırışı" verilişinin qonağı olub.

Unikal.org-un məlumatına görə, o İslamofobiyadan danışıb:

"İslam dinini bilən, onun həqiqətini araşdıran insan heç zamam gedib radikalizmə qoşulmaz. Bu gün Azərbaycan cəmiyyətindən olan insanlar var ki, Suriyada döyüşür. Çoxu da "behiştə gedəcəm" təfəkkürü altında gedib orada ölür. 20 faizdən çox torpağımız işğal altındadı. Təəssüflər olsun ki, o insanlardan bunu düşünəni yoxdur. Bunun kökündə savadsızlıq dayanır. Mənəvi böhran yaşayan insanlar cihad və şəhid adı ilə özlərini öldürürlər. Bu yolverilməzdir. Suriyada döyüşüb ölən savadsız insanlardır".

Verilişin tam versiyasını videodan izləyə bilərsiniz: