DÇ-2018-in seçmə mərhələsinin VI turunda Şimali İrlandiya ilə qarşılaşacaq milli komandamızın oyun üçün start heyəti bəlli olub.

Unikal.org-un məlumatına görə, bunu oyundan əvvəl baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlayıb.

Xorvat çalışdırıcı britaniyalılarla qarşılaşmada ilk olaraq aşağıdakı oyunçulara güvənəcək.

Kamran Ağayev - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev - Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov - Ramil Şeydayev

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı sabah saat 20:00-da start götürəcək.