Polis əməkdaşları narkotik maddə alverçisini iş başında yaxalayıblar.

Unikal.org-un Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub.