Gəncədə yerləşən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında intihar olub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq) maddəsi ilə 13 il 6 ay azadlıqdan məhrum edilən Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Şükürov Ruslan Nurəddin oğlu təcridxanada özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.