Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyir.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Bakıda Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, Avstraliya ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir: "Biz bütün tərəfləri atəşkəs rejminə hörmət etməyə və vəziyyətin gərginləməsinin qarşısını almağa çağırırıq.