Ötən mövsüm "Neftçidə çıxış edən Jonas Pesalli həlak olub.

Unikal.org xəbər verir ki, 26 yaşlı hücumçu avtomobil qəzasında ölüb.

Hadisə səhər saatlarında Koritibada baş verib. O, idarə etdiyi "Audi markalı avtomobilini işıq dirəyinə çırpıb.

Qeyd edək ki, Jonas Pessali "Neftçinin forması ilə meydana çıxdığı 7 qarşılaşmada 4 qol vurmuşdu.

Maraq üçün onu da bildirək ki, qışda Bakı təmsilçisindən ayrılan Pessali Braziliyanın "Parana klubuna transfer olunmuşdu.