İsmayıllıda elektrik naqillərinə ilişən "Kamaz külə dönüb.

Unikal.org ARB TV istinadən xəbər verir ki, 31 yaşlı Cümşüd Xurşudov idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə İsmayıllının Girk kəndinə ot aparırmış.

Ot bağlaması yüksək gərginlikli elektrik naqilinə ilişib, nəticədə yanğın baş verib. Sürücü canını son anda xilas edə bilib. "Kamaz" isə tamamilə yanıb.

Hadisə yerinə İsmayıllı və Göyçay rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb. Fakt araşdırılır.