Türkiyənin Malatya şəhərinin prokurorluğu tərəfindən axtarışa verilmiş FETÖ terror təşkilatının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi həbs edilib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.M adlı şəxs İstanbulda tutulduqdan sonra Malatyaya gətirilib və məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bildirilir ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan "Bylock istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.