Gəncədə yol qəzası baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, motosikletdə olan yaşlı kişi qəfil yerə yıxılıb.

Hadisə digər avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi idarəetməni itirən motosikl sürücüsü qəfil manevr edib. Bu zaman motosikletin üzərində olan yaşlı kişi yerə düşüb və nəqliyyat vasitəsinin altında qalıb.