Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilib.

Unikal.org-un məlumatına görə, iclas zamanı "Bakı Fond Birjası QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi, BFB-nin Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması və BFB-nin yeni sədrinin təsdiq edilməsi məsələsi müzakirə edilib.

Ümumi Yığıncaq ərzində səhmdarlar tərəfindən "Bakı Fond Birjası QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunmuş və təsdiq edilib.

İkinci məsələ ilə əlaqədar olaraq, BFB-nin Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması səhmdarların qərarı ilə təsdiq olunub.

İclas zamanı Bakı Fond Birjasının Səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsinin səlahiyyətlərinin icra edən Vüqar Namazov şirkətin İdarə Heyətinin sədri təyin olunub.