Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova "Maşın şounu tərk edib.

Unikal.org xəbər verir ki, bu məlumatı aparıcı Murad Dadaşov da təsdiqləyib və efirə məhz Oksananı dəvət edib. O, bildirib ki, ayaqları şişdiyi üçün yarışmanı davam edə bilməyib: "Əlimi maşından götürəndən sonra həkim mənə kömək etdi, artıq dayana bilmədim.

Murad Dadaşov əlavə edib ki, oyunun qalibi də artıq məlumdur. Maşının sahibinin adı səhərə yaxın məlum olub. Amma həmin şəxsin aktyor İslam Mehrəliyev, yoxsa onun həmkarı Elcan Rəsulov olduğu açıqlanmayıb.

Qeyd edək ki, idmançı Kamil Zeynallı finalçı İslam Mehrəliyevin fotosunu paylaşaraq onu təbrik edib: "İslam maşını apardı. Təbriklər qardaş, sevindim. Bununla da "Maşın" şounun qalibinin İslam olduğu məlum olub.