Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan 18 min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.