Şəffaf vergi partnyoru statusu əldə etmiş vergi ödəyicilərinin sayı məlum olub.

Unikal.org-un məlumatına görə, vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, indiyədək 200-ə yaxın vergi ödəyicisi şəffaf vergi partnyorluğu statusu alıb.

"Bu prosesə daim olaraq baxılır. Çünki, şəffaf vergi partnyorluğu statusu alan vergi ödəyiciləri şərtlərə əməl etmədiyi təqdirdə partnyorluq siyahısından çıxarılır. Hazırda bu siyahıdan çıxarılan vergi ödəyicilərinin sayı çox deyil. Çünki, vergi ödəyiciləri şərtlərə əməl edir. 10-15 vergi ödəyicisi şəffaf vergi partnyorluğu siyahısından çıxarılıb. Şərtlərə əməl edənlər isə şəffaf vergi partnyoru siyahısına əlavə edilir, - deyə İ.Vəliyev vurğulayıb.