Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları vətəndaşın "Kapital Bankdakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib.

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Belə ki, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bankdakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.